Modern.az

Qubadlının Şurnuxu kəndində İNSİDENT

Qubadlının Şurnuxu kəndində İNSİDENT

Dünya

4 Oktyabr 2021, 17:28

Azərbaycanla Ermənistan sərhədinin ortasında yerləşən Şurnuxu kəndində yeni insident olub.
 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, kənd sakini Qriqor Darbinyanın 11 atı Azərbaycan tərəfə keçib.

Darbinyan atlarının qaytarılması üçün Rusiya sülhməramlı missiyasından yardım istəyib. Hazırda atların qaytarılması üçün sülhməramlılarla Azərbaycan tərəfi arasında danışıqlar aparılır.

Xatırladaq ki, 44 günlük İkinci Qarabağ Müharibəsindən sonra Zəngəzur bölgəsində yerləşən Şurnuxu kəndinin bir hissəsi Azərbaycanın nəzarətinə qaytarılıb, digər hissəsi Ermanistanda qalıb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır