Modern.az

Müəllimlər günü ilə bağlı nazirliyə neçə şikayət daxil olub? – AÇIQLAMA

Müəllimlər günü ilə bağlı nazirliyə neçə şikayət daxil olub? – AÇIQLAMA

Təhsil

5 Oktyabr 2021, 11:00

Hələ ki orta məktəblərdə Müəllimlər günü ilə əlaqədar neqativ hallar barədə nazirliyə şikayət daxil olmayıb.

Bu barədə Modern.az-ın sorğusuna nazirlikdən verilən cavabda bildirilib.

Təhsil Nazirliyi Müəllimlər günü ilə bağlı valideynlərə müraciət də edib.

“İlk növbədə müəllimlərimizi “Beynəlxalq Müəllimlər günü” münasibətilə təbrik edirik.

Hər bir şagirdin öz müəlliminə səmimi ürək sözləri ən böyük hədiyyədir.

Orta məktəblərdə Müəllimlər günü ilə bağlı hər hansı qeyri-qanuni tələb olarsa, valideynlər anonim olmadan Təhsil Nazirliyinin “qaynar xətti”nə müraciət etsinlər”.

Qeyd edək ki, oktyabrın 5-i Müəllimlər günüdür. Bu əlamətdar gün UNESCO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunub. 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər