Modern.az

Rusiyalı qız azərbaycanlı atasını axtarır – ELAN

Rusiyalı qız azərbaycanlı atasını axtarır – ELAN

Mədəni̇yyət

5 Oktyabr 2021, 12:30

Rusiya vətəndaşı Diana Xmelkova azərbaycanlı atasını axtarır.

 

Modern.az-a məktubla müraciət edən Xmelkova heç zaman üzünü görmədiyi atasının bir müddət Novosibirsk vilayətinin Zaeltsov rayonunda yaşadığını və adının Tahir olduğunu deyib.

“Mən 2002-ci il iyulun 31-də anadan olmuşam. Atam haqda heç nə bilmirəm, anam isə onun barəsində danışmağı sevmirdi. Anam 12 yaşım olanda dünyasını dəyişib”.

 

19 yaşlı Diana doğulmasından 2 ay sonra atasının ailəsini tərk edərək Azərbaycana döndüyünü deyib.

“Atam Tahir Talıb oğlu Kərimov əslən Bakıdan idi. Qardaşının adı Zakir olmalıdır. İlk nikahda Anar adlı oğlu da var”.

 

Anasının ölümündən sonra uşaq evlərində və ögey ailələrdə böyüyən Diana ötən il ailə həyatı qurduğunu və 1 qız övladının olduğunu deyir. O, valideyn olduqdan sonra atasının onu atmasını anlaya bilmədiyini söyləsə də, atası ilə danışmaq istədiyini söyləyib.

“Mən qızımı başqa ölkədə atıb getməyi təsəvvür belə edə bilmərəm. Atam isə belə etdi. Onu daxilimdə bağışlamışam amma o vaxt nələrin baş verdiyini bilmək istəyirəm. Ona görə atamı axtarıram”- deyə Dina Xmelkova söyləyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir