Arxiv
5 Oktyabr 2021, 13:28 | MƏDƏNİYYƏT
Əli Həsənov: “Əliyevlərsiz Azərbaycan olmaz!”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb, Memorial Kompleksin və şəhərin bərpasının təməl daşını qoyub.

 

Modern.az xəbər verir ki, Prezident İlham Əliyev əvvəlcə Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

 

Dövlət başçısı görüşdə çıxış edib. 

 

Daha sonra Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Baş nazirin sabiq müavini Əli Həsənov danışıb:

 

-Çox hörmətli cənab Prezident. Sizi bu gün Cəbrayıl torpağında görməkdən buradakıların qismində bütün cəbrayıllılar qürur və şərəf hissi keçirirlər. Siz 2003-cü il oktyabrın 1-də cəbrayıllılarla prezident seçkisi qabağı ilk seçicilərlə - cəbrayıllılarla görüşdünüz. Azad edilən ilk kənd Cəbrayıl kəndi, ilk şəhər - rayon mərkəzi Cəbrayıl olub. Deyə bilmərəm, bu təsadüfdür, ya təsadüf deyil, ancaq onu deyə bilərəm ki, Cəbrayıl əhalisi tarixən dövlətə sadiq olub, sadiqdir və bu sadiqlik daim davam edəcək. Yəqin ki, burada təsadüfi hal yoxdur. O ki qaldı, 44 günlük Vətən müharibəsinə, bu 44 günün hər biri möhtəşəm, hər bir saatı Qələbə saatıdır. Siz insanları elə öyrətmişdiniz ki, hamı gözləyirdi, hər dəqiqə nə isə deyilməlidir, hər saat nə isə deyilməlidir. Yəni, bir anlığa 28 illik həsrəti yaddan çıxarırdılar, unudurdular ki, 28 ildir biz həsrət içindəyik.

 

Cənab Prezident, Siz bu torpağın sahiblərinin, sakinlərinin 28 illik itirilmiş sakinliyini, sahibliyini özünə qaytardınız. Bu elə bir Qələbədir ki, bunun dünya tarixində bənzəri olmayıb və olmayacaq. O hərbi əməliyyatların dünya hərb tarixində də bənzəri yoxdur və olmayacaq. Olmayacaq ona görə deyirəm ki, bu gün dünyada 70-ə qədər belə münaqişə var. Əgər kimsə bunu edə bilərdisə, hansı dövlət başçısı bunu həll edə bilərdisə o münaqişələri həll edərdilər, çünki o cür dövlət başçısı, o cür dövlət rəhbəri hansı ki, o xasiyyət, o qabiliyyət, o bacarıq, o siyasət, o dünyagörüşü, o mərdlik, o cəsarət Sizdə var, onlarda yoxdur, olsaydı edərdilər. Bəlkə bundan sonra ola bilər kimsə həvəsə düşsün, amma düşməsin, uduzacaq, onların hər biri İlham Əliyev ola bilməz. Elə bilməsinlər ki, bu, asandır.

 

Siz hərb tarixinə yenilik gətirdiniz. Siz Azərbaycana çox yenilik gətirmisiniz, artıq çox Azərbaycan modelləri var, bütün o brendlər ki var, onların hamısının müəllifi Sizsiniz. Dünya hərb tarixinə yeni bir model - Azərbaycan modeli gətirdiniz. 44 günlük hərbi əməliyyatlar yeni hərbi brenddir, o, cənab İlham Əliyevin brendidir. Ona görə, böyük Qələbəmiz münasibətilə Sizi bir daha təbrik edirik, Sizə möhkəm cansağlığı, yeni-yeni uğurlar, qələbələr arzu edirik. Biz əminik ki, bu, belə də olacaq.

 

2003-cü ildəki görüşdə Siz dediniz ki, mənim bir arzum var, hesab edirəm, bu, hamının arzusudur. Torpaqları işğaldan azad edib, Cəbrayıla gəlib, sizin qonağınız olacağam. Düzdür, bu gün bir balaca fərqli oldu, biz Sizin qonağınız olduq. Görünür, belə də olmalı imiş.

 

O ki qaldı, 10 noyabr Bəyanatına, düzdür, onu siyasətçilər geniş təhlil edirlər, ancaq mən hesab edirəm ki, o da Sizin siyasətinizin gücü idi - üç ölkənin bir yerə gəlməsi, Rusiyanın vasitəçilik etməsi. Hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanla Sizin Şuşa Bəyannaməniz də tarixi hadisədir. Özünüz də qeyd etdiniz ki, həqiqətən son 100 ildə Türkiyə ilə Azərbaycan arasında belə milli birlik, qardaşlıq olmayıb. Bu, son 17 ildə Sizin, o cümlədən cənab Rəcəb Tayyib Ərdoğanın prezidentlik fəaliyyətiniz dövründə daha yüksək zirvəyə qalxdı. Bu gün biz hər şeyi açıq deməliyik. Bu gün gənc nəsil bilməlidir ki, biz haradan haraya gəlmişik. Siz bu tövsiyələri həmişə edirsiniz. Çünki çox təəssüflər olsun, bugünkü gənc nəslin beynini korlayanlar da var. Ona görə də, nə olub, hansı nailiyyətlər olub, necə qazanılıb, Ulu Öndərin 1969-cu ildən gördüyü işləri hamı bilməlidir. Əslində, bu hazırlıq 50 ildir gedirdi, amma Siz onu 17 ildə bu zirvəyə çatdırdınız.

 

O nə millətdir ki, onun dini rəhbəri faşizm ideologiyasını təbliğ edir. Bundan millətmi olar? Dünyada bu cür ikinci millət harada var ki, gənclərinin beynini, ruhunu faşizm ideologiyası ilə korlasın. Siz bunların hamısını məhv etdiniz. Ermənilərin qaməti bundan belə heç vaxt düzəlməyəcək. Bizim əyilmiş qamətimizi düzəltdiniz. Biz başıaşağı gəzirdik, başımızı dikəltdiniz. Siz elə bir şöhrət qazanmısınız, elə bir Qələbə çalmısınız, Azərbaycan xalqına elə bir sevinc bəxş etmisiniz ki, onun əvəzi yoxdur, olmayacaq, bənzəri də dünya tarixində olmayacaq.

 

Var olun, sağ olun, Sizə möhkəm cansağlığı, yeni qələbələr, yeni uğurlar arzulayırıq.

 

Sonda mən öz sözümü deyirəm, bir cümlə deyəcəyəm, 10 saniyə vaxtınızı alacağam. 2001-ci ilin noyabr ayında Yeni Azərbaycan Partiyasının II qurultayı idi. Orada çıxışımın sonunda bir cümlə işlətdim, qurultaya aidiyyəti də yox idi. Dedim, bütün Azərbaycan xalqı deyir ki, Şuşasız Qarabağ olmaz, Qarabağsız Şuşa olmaz, mən isə deyirəm ki, Əliyevlərsiz Azərbaycan olmaz və olmayacaq!

 

Prezident İlham Əliyev: Sağ olun.

 

Prezidentlə Əli Həsənovun DİALOQU:"10 saniyə vaxtınızı alıb, deyim ki..." Prezidentlə Əli Həsənovun DİALOQU:"10 saniyə vaxtınızı alıb, deyim ki..." Prezidentlə Əli Həsənovun DİALOQU:"10 saniyə vaxtınızı alıb, deyim ki..." Prezidentlə Əli Həsənovun DİALOQU:"10 saniyə vaxtınızı alıb, deyim ki..." Prezidentlə Əli Həsənovun DİALOQU:"10 saniyə vaxtınızı alıb, deyim ki..."
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv