Modern.az

Şuşadan çəkilmiş fotolar Avropa Parlamentində nümayiş etdiriləcək

Şuşadan çəkilmiş fotolar Avropa Parlamentində nümayiş etdiriləcək

5 Oktyabr 2021, 13:00

 

İsveçin “Cawa Media” xəbər portalında "Azərbaycanda Şuşa döyüşü" sərlövhəli məqalə yayımlanıb.

 

Modern.az xəbər verir ki, məqalədə Şuşa şəhərinin əsasının Azərbaycanın Qarabağ xanı Pənahəli xan tərəfindən 1752-ci ildə qoyulduğu, bu şəhərin ölkəmiz üçün mədəni və strateji əhəmiyyət daşıdığı, 1992-ci ildə Şuşanın ermənilər tərəfindən işğal olunduğu, II Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin Şuşa uğrunda qanlı döyüşlər apardığı və noyabrın 8-də şəhəri azad etdiyi barədə ətraflı məlumat verilib. Şuşanın bölgənin "döyünən ürəyi" adlandırıldığını vurğulayan müəllif qeyd edib ki, şəhərin əksər hissəsi dağıntı içindədir, burada bərpa və yenidənqurma işləri aparılır.

 

Məqalədə 2021-ci ilin sentyabrında “Cawa Media” əməkdaşlarının azad edilmiş ərazilərə səfər etmək üçün Azərbaycan dövlətinin icazəsini alan ilk isveçli jurnalistlər olduğu, Füzuli Beynəlxalq Hava Limanında və Zəngilanda aparılan işlərə, ANAMA əməkdaşlarının əraziləri minalardan təmizləməsi prosesinə şahid olduqları bildirilib. 

 

Qeyd edilib ki, “Cawa Media” əməkdaşlarının Şuşa şəhərində və ətrafında çəkdikləri şəkillər Avropa Parlamentində nümayiş etdiriləcək. Bu xüsusi sərgi barədə ətraflı məlumat isə oktyabr-noyabr aylarında saytda yerləşdiriləcək.

 

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:


//cawamedia.wordpress.com/2021/10/04/the-battle-of-shusha-susa-in-azerbaijan/ 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır