Modern.az

Azərbaycanlı tələbənin amansız qətli: “Onu Allah yox, məhkəmə cəzalandırsın”  

Azərbaycanlı tələbənin amansız qətli: “Onu Allah yox, məhkəmə cəzalandırsın”  

Hadisə

5 Oktyabr 2021, 13:55

Rusiyada 17 yaşlı azərbaycanlı tələbə Timur Qavrilovu qətlə yetirməkdə şübhəli bilinən Vitali Vasilyevin məhkəmə prosesi davam edir.

 

Modern.az xatırladır ki, Vasilyev ötən ilin iyununda Azərbaycan vətəndaşı Timur Qavrilovu qafqazlı hesab edərək millətçi hisslərdən dolayı onu qətlə yetirmişdi.

Volqoqrad şəhərində qeydə alınan qətl zamanı qatil həmyerlimizə 20 bıçaq zərbəsi vurmuşdu.

 

Məhkəmə prosesində çıxış edən mərhumun anası İrina Qavrilova oğlunun qətlinə görə, Vasilyevdən 2 milyon rubl mənəvi təzminat tələb edib. Volqoqrad vilayətinin prokuror müavini Vladimir Mosin isə Vitali Vasilyevin törətdiyi cinayətin ağırlığını və motivlərini nəzərə alaraq, onun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Oğlunu itirən İrina Qavrilovanın çıxışı isə hər kəsi kövrəldib.

“O, yardımsevər uşaq kimi böyüyürdü. Yaşlılara, qohumlarına, qonşularına uşaqlıqdan yardım edirdi. O, ailəsinin heç nəyə ehtiyac duymayacağı uğur üçün çalışırdı. Amma hər şey 1 gündə məhv oldu. Vasilyevin özgə həyatına hökm etmək ixtiyarının olmasını düşünməsi hər şeyin üstündən xətt çəkdi. Həmin gün o iki nəfəri: ana ilə oğlunu öldürdü. Azadlığa çıxdıqdan sonra yenə faşist niyyətləri ilə qətllər törədəcək. Gözləmirəm ki, onu Allah cəzalandırsın, istərdim ki, məhkəmə onu cəzalandırsın. Vasilyev üçün ömürlük həbs cəzası olsun”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir