Modern.az

Prezidentin “Harop”la fotosu İsraildə GÜNDƏM OLDU

Prezidentin “Harop”la fotosu İsraildə GÜNDƏM OLDU

5 Oktyabr 2021, 14:10

Dünən Azərbaycan prezidenti işğaldan azad edilmiş Cəbrayıl rayonuna səfər etdi.

Modern.az xəbər verir ki, prezident rayonda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinə də baş çəkdi.

 

Prezidentin mətbuat xidmətinin həmin səfərdən yaydığı materialda ölkə başçısı İsrail istehsalı olan və II Qarabağ Müharibəsində yüksək effektivliyi ilə seçilən “Harop” pilotsuz uçuş aparatının fonunda şəkil çəkdirib.

 

İsrail mediasında həmin foto böyük rezonans doğurub. İsrail mediası prezidentin pilotsuz uçuş aparatı ilə birgə fotosunun İran sərhədindən 10 kilometr məsafədə çəkilməsinə xüsusi vurğu edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir