Modern.az

Bakıda bir sinif DİSTANT təhsilə keçdi

Bakıda bir sinif DİSTANT təhsilə keçdi

5 Oktyabr 2021, 14:52

162 nömrəli tam orta məktəbin 8 ç sinfində 3 şagirdin COVID-19 infeksiyasina yoluxması təsdiq olunduğu üçün həmin sinifdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub.

 

Bu barədə Modern.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

 

Qeyd edilib ki, məktəbdə əyani təhsil davam edir. 

 


Rərsmi məlumata görə, paytaxt məktəblərində çalışan təhsil işçilərinin 90 faizindən çoxu vaksin olunub . Tədris ocaqlarında pandemiya şəraitindən irəli gələn qaydalara ciddi əməl olunur və mütəmadi olaraq monitorinqlər aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?