Modern.az

Telman İsmayılov yalnız bu halda azadlığa çıxa bilər

Telman İsmayılov yalnız bu halda azadlığa çıxa bilər

5 Oktyabr 2021, 15:01

Monteneqroda həbsdə olan Telman İsmayılovun azadlığa çıxmaq şansı var.

 

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, iş adamı oktyabrın 1-də “qətl sifarişi” və “qanunsuz silah dövriyyəsi” maddələri ilə beynəlxalq axtarış çərçivəsində saxlanılıb.

 

Onun vəkilləri yerli qanunvericiliyə əsasən, iş adamının həbsindən keçən 40 gün ərzində onun ekstradisiyası barədə Rusiya tərəfindən müraciət olunmayacağı təqdirdə İsmayılovun azadlığa buraxılacağını bildiriblər. Məhz bu səbəbdən Rusiya Baş Prokurorluğu İsmayılovla bağlı proseduru sürətləndirmək qərarına gəlib.

Əgər noyabrın 9-na qədər Rusiya tərəfi İsmayılov barədə lazımi sənədləri və sorğunu təqdim etməsə, iş adamı azadlığa buraxılacaq.

 

Rusiya Telman İsmayılovu ortaqları Vladimir Savkin və Yuri Brılyovun qətlini sifariş verməkdə təqsirləndirir.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı