Modern.az

DİN Ocaq Necat ağanın ofisinin bağlanma SƏBƏBİNİ açıqladı

DİN Ocaq Necat ağanın ofisinin bağlanma SƏBƏBİNİ açıqladı

5 Oktyabr 2021, 15:34

“Bakıdakı Hüseyniyyə məscidi bağlanıb”. Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib.

 

E.Zahidov qeyd edib ki, epidemioloji vəziyyətlə əlaqədar bir neçə qapalı məkanın fəaliyyəti dayandırılıb, onlardan biri də Hüseyniyyə məscididir:

 

“Bu gün günorta saatlarında polis əməkdaşları, digər mütəxəssislərin iştirakı ilə ofisin yerləşdiyi Hüseyniyyə məscidinə baxış keçirilib və ibadət yerinin fəaliyyəti dayandırılıb. Hazırda orada epidemioloji xidmət tərəfindən müvafiq tədbirlər görülür. Qeyd edim ki, yoluxma qeydə alınan bir məktəb də distant təhsilə keçirilib”.

 

Qeyd edək ki, İran İslam Respublikasının ali rəhbəri ayətullah Seyyid Əli Xameneinin Azərbaycandakı nümayəndəsi Ocaq Necatın ofisi Hüseyniyyə məscidində yerləşir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir