Modern.az

Separatçı rejim ilk dəfə Azərbaycanın adını ÇƏKDİ

Separatçı rejim ilk dəfə Azərbaycanın adını ÇƏKDİ

Dünya

5 Oktyabr 2021, 15:53

Gürcüstanın Abxaziya regionunda mövcud olan separatçı rejim bəyanat yayıb.

 

Modern.az xəbər verir ki, qondarma rejimin “XİN”-i Gürcüstan, Türkiyə və Azərbaycanın birgə təşkil etdiyi hərbi təlimlərə etiraz edib.

“Bu cür hərbi təlimlərin keçirilməsini Gürcüstanın hərbi ambisiyalarının inkişafına yönəldilmiş təhlükəli təxribat kimi dəyərləndiririk. Qeyd olunmalıdır ki, NATO və ABŞ kimi müttəfiqlərinin hərbi potensialı azmış kimi, rəsmi Tbilisi son vaxtlar Türkiyə və Azərbaycanla da hərbi əməkdaşlığı aktivləşdirib”.

 

Abxaziya Gürcüstanı hərbi niyyətlərdən imtina etməyə çağırıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!