Arxiv
5 Oktyabr 2021, 18:02 | ANALİTİKA
İran rəsmiləri ölkəmizə qarşı “qırmızı cizgiləri” aşıblar

“İbrahim Rəisi köhnə vəzifəsində məhkəmə qərarlarıyla illər boyu necə ki insanları kütləvi sürətdə ölümə məhkum edib, prezident vəzifəsini də oxşar üsullarla icra edəcəyini düşünür”.

Modern.az xəbər verir ki, bunu İran-Azərbaycan gərginliyini şərh edən politoloq Elxan Şahinoğlu qonşu dövlətin prezidenti İbrahim Rəisi haqda deyib.

Siyasi şərhçinin sözlərinə görə, İ.Rəisidən əvvəlki prezidentlər sanksiyalar qarşılığında yeganə xilasın qonşularla normal münasibətlərdə görür, iqtisadi və ticarət tərəfdaşlığına üstünlük verirdilər.

“İbrahim Rəisi üçün isə iqtisadiyyat, insanların sosial problemlərinin həlli arxa plandadır, onun üçün ideoloji savaş önəmlidir. İbrahim Rəisi iki qonşusu – Azərbaycan və Türkiyə ilə münasibətləri gərginləşdirmək xəttini seçib, “qırmızı cizgiləri” aşıblar. Ancaq o tək deyil, ali dini lider və İslam Keşikçilər Korpusunun komandanlığı da “sionizmlə mübarizə” adı altında Azərbaycanı hədəf seçib”.


Politoloq bildirib ki, İran rəsmiləri Azərbaycanın geri addım atacağını zənn edərək, təzyiqi artırırlar:


“Ancaq atdıqları hər addımın qarşılığı var, necə ki, Naxçıvana hərbi yükdaşımalarını həyata keçirən təyyarələr üçün öz hava məkanlarını qapatdılar, biz də İranın ali dini liderinin Azərbaycandakı nümayəndəsinin Bakıdakı ofisini bağladıq. Tehran növbəti addım kimi Azərbaycandakı səfirini geri çağıracaqsa, Bakıda da oxşar addım atacaq”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv