Modern.az

Azərbaycanlı rejissorun filmi Sürixdə - FOTO

Azərbaycanlı rejissorun filmi Sürixdə - FOTO

5 Oktyabr 2021, 18:16

İsveçrədə fəaliyyət göstərən "Azərbaycanın Dostları" Birliyinin təşkilatçılığı ilə Sürix şəhərində azərbaycanlı rejissor İlqar Nəcəfin "Nar bağı" adlı bədii filmi nümayiş etdirilib.

 

Modern.az xəbər verir ki, filmin nümayişindən öncə "Azərbaycanın Dostları" Birliyinin sədri Arzu Əliyeva-Bodmer çıxış edərək bildirib ki, ekran əsəri Anton Çexovun məşhur "Albalı bağı" pyesinin motivləri əsasında çəkilib və onun dünya premyerası Çexiyanın Karlovı Varı Beynəlxalq Film Festivalının “Qərbin Şərqi” müsabiqə proqramı çərçivəsində gerçəkləşdirilib. Film 2021-ci ilin fevral ayında Bazel şəhərində keçiriləcək “Cinema querfeld” festivalında Azərbaycan dilində və alman altyazısı ilə nümayiş etdiriləcək. Filmin alman dilində altyazısı "Azərbaycanın Dostları" Birliyinin təşəbbüsü ilə hazırlanıb.

 

Qeyd edək ki, "Azərbaycanın Dostları" Birliyi son 6 il ərzində mütəmadi olaraq müxtəlif filmlərimizi “Cinema querfeld” festivalına təqdim edib. Birlik hesab edir ki, zəngin mədəniyyət və incəsənətimizi təbliğ etmək, xaricdə vətənimizi tanıtmaq məqsədilə belə addımların atılması çox böyük əhəmiyyət kəsb edir. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır