Modern.az

Həmyerlimiz İtaliyada təlim keçdi

Həmyerlimiz İtaliyada təlim keçdi

5 Oktyabr 2021, 18:38

Birləşmiş Ərəb Əmirliklərində yaşayan soydaşımız, tibb üzrə fəlsəfə doktoru Sabrin Ali Azim Roma şəhərindəki “Catholic University of the Sacred Heart” Tibb Universitetinin müalicə-profilaktika fakültəsində ingilis dilində təlim keçib.

 

Modern.az xəbər verir ki, ağız və üz-çənə cərrahiyyəsi üzrə onlayn formatda mühazirə oxuyan soydaşımızın təlimləri tələbələr tərəfindən maraqla qarşılanıb. Üz-çənə cərrahiyyəsi kafedrasının müdiri professor Alessandro Moro təlimlərin yaxın gələcəkdə daha çox keçirilməsinin planlaşdırıldığını deyib.

 

Xatırladaq ki, Bakıda anadan olan Sabrin Ali Azim Azərbaycan Tibb Universitetinin məzunudur. O, Avstiyanın AKN xəstəxanası və Türkiyənin İstanbul Çapa Universitetində təcrübə keçib. Hazırda Birləşmiş Ərəb Əmirliklərindəki “Ras al Khaimah Medical Health and Sciences University”nin ağız və üz çənə cərrahiyyəsi kafedrasının professor assisentidir. Diaspor fəalı olan xanım soydaşımız “Azerbaijani Ladies Club” təşkilatının və Fransada fəaliyyət göstərən “Alim” Elmi Assosiasiyasının üzvüdür.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır