Modern.az

Məhkumlarla görüşdə yeni TƏLƏB - FOTO

Məhkumlarla görüşdə yeni TƏLƏB - FOTO

Ölkə

6 Oktyabr 2021, 09:40

 

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, koronavirusa qarşı hər iki dozanı qəbul edərək, COVID-19 pasportuna sahib olan şəxs qapalı məkanlara daxil olarkən, ondan koronavirus testinin neqativ nəticəsi tələb olunmur.

Azərbaycandakı həbsxanalar da qapalı məkan sayıldığından, məhkumlarla görüşə COVID-19 pasportu ilə icazə verilir.

Modern.az-ın əldə etdiyi məlumata görə, bir müddətdir həbsxanada öz yaxınını ziyarətə gedən vətəndaşlardan COVID-19 pasportu ilə yanaşı, koronavirus testinin neqativ nəticəsi də tələb edilir.

 

Məsələ ilə bağlı Penitensair Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov Modern.az-ın sorğusuna cavab olaraq, faktı təsdiqləyib. O bildirib ki, bu, ölkədə COVID-19-a qarşı aparılan mübarizənin tərkib hissəsidir:

“Bu səbəbdən də uzunmüddətli görüşə gələn məhkum yaxınlarından COVID-19 pasportu ilə yanaşı, koronavirusun neqativ nəticəsi də tələb edilir”.

 

Rəisin sözlərinə görə, testdən keçmək barədə məlumatsız olan, yaxud vaxt məhdudluğundan test verə bilməyənlərə də şərait yaradılır:

 

“Bunun üçün görüş otaqlarında ekspres testdən keçirilirlər. Ekspres testlər ödənişsizdir”.

 

Qeyd edək ki, son vaxtlar məhkumlar arasında ölüm faktları qeydə alınıb. Onların arasında sabiq deputat Rəfael Cəbrayılov, Ağstafanın sabiq başçısı Nizami Quliyev də var.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir