Modern.az

Sahibə Qafarova Slovakiyaya gedir

Sahibə Qafarova Slovakiyaya gedir

6 Oktyabr 2021, 10:23

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti oktyabrın 7-dən Slovakiya Respublikasının paytaxtı Bratislava şəhərində rəsmi səfərdə olacaq.

 

Bubarədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədrləri - Sadiq Qurbanov, Musa Quliyev, Zahid Oruc, Slovakiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Anar Məmmədov, deputatlardan Sədaqət Vəliyeva, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

 

Səfər çərçivəsində Milli Məclis sədrinin Slovakiya Respublikasının Baş naziri, Milli Şuranın sədri, ölkənin xarici işlər naziri ilə görüşləri nəzərdə tutulub. Görüşlərdə ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın dərinləşməsi, parlamentlərarası əlaqələrimizin bu günü və gələcək inkişaf istiqamətləri, qanun yaradıcılığında təcrübə və informasiya mübadiləsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

 

Səfər müddətində nümayəndə heyətimizin üzvləri Slovakiya qanunvericilik orqanının fəaliyyəti ilə maraqlanacaq, Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşdə münasibətlərimizin dərinləşməsi barədə fikirlərini bölüşəcəklər. Səfər oktyabrın 9-da başa çatacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu