Modern.az

Rusiyadan “Laçın dəhlizi” ilə bağlı növbəti AÇIQLAMA

Rusiyadan “Laçın dəhlizi” ilə bağlı növbəti AÇIQLAMA

Qarabağ

6 Oktyabr 2021, 10:36

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin hərbçiləri Laçın dəhlizindən nəqliyyat vasitələrinin və insanların təhlükəsiz giriş-çıxışını təmin edir.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Məlumata görə, gecə xidməti üçün sülhməramlı kontingentin hərbçiləri xüsusi geyimlə də təchiz olunublar. Müşahidə postları müasir LED projektorları və fasiləsiz enerji təchizatı ilə təchiz edilib.

 

“Rusiya sülhməramlı kontingenti tranzit daşımaların təhlükəsizliyini təmin edir. Lazım gələrsə, hər bir avtomobil yoxlanılır. Xidmət həm gündüz, həm də gecə həyata keçirilir", - Rusiya sülhməramlı kontingentinin sözçüsü Alexander Ripskiy deyib.

 

Onun sözlərinə görə, mövcud vəziyyəti izləmək üçün bütün məntəqələr müasir videomüşahidə kameraları ilə təchiz edilib.

 

27 müşahidə məntəqəsində rus sülhməramlıları gecə-gündüz vəziyyətin monitorinqini aparır və atəşkəs rejiminə riayət olunmasına nəzarət edirlər.


A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır