Modern.az

Parlamentə “Müstəqillik Günü haqqında” qanun layihəsi daxil olub

Parlamentə “Müstəqillik Günü haqqında” qanun layihəsi daxil olub

Parlament

6 Oktyabr 2021, 10:42

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçiriləcək.

 

Modern.az xəbər verir ki, iclas bu gün saat 3-də keçiriləcək. Komitə iclasında müzakirə olunacaq məsələ iclasın gündəliyinə daxil edilən “Müstəqillik Günü haqqında” qanun layihəsidir Qanun layihəsində əksini tapan məsələ oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan olunmaqla bağlıdır.

 

Bununla da Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək.

 

Qeyd edək ki, indiyə qədər mayın 28-i Respublika Günü, oktyabrın 18-i Dövlət Müstəqilliyi Günü kimi qeyd olunurdu.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?