Modern.az

Tehranı “Böyük Turan” ideyası narahat edir 

Tehranı “Böyük Turan” ideyası narahat edir 

6 Oktyabr 2021, 11:56

“Azərbaycanla İranın qarşıdurması hərbi əməliyyatlara gətirib çıxarmayacaq. Tehranın təzyiqi sadəcə psixoloji hücumdur”.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya KİV-nə açıqlamasında Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Yaxın və Orta Şərqin Öyrənilməsi Mərkəzinin baş elmi əməkdaşı Vladimir Sajin söyləyib.

 

Ekspert İranın Azərbaycana hərbi müdaxilədən qorxduğunu da əlavə edib.

“İranla Azərbaycanın qarşıdurmasının “isti faza”ya keçməsini gözləmirəm. Bu İranın psixoloji hücumudur. Böyük müharibəyə gətirib çıxaran deyil. Tehran anlayır ki, Azərbaycanla təkbətək döyüşən deyil, Türkiyə də qoşulacaq. Tehran isə Ankara ilə döyüşmək istəmir. Ona görə belə gərginlik var”- deyə Sajin açıqlama verib.

 

Ekspert Azərbaycan sərhədi yaxınlığında baş tutan təlimlərin miqyas və məkan baxımından misli görünməmiş olduğunu əlavə edib.

“Dünən başlayan Türkiyə-Azərbaycan təlimləri də tezliklə başa çatacaq. Türkiyə ilə Azərbaycan hər şeyə hazır olduqlarını göstərdi. İran da göstərdi. Hər şey burda bitəcək”.

 

Ekspert İranla Azərbaycanın münasibətlərinin gərgin qalacağını düşünür. Rəsmi Tehran 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi konstuksiyada təsirinin azalmasından narahatdır. Həm də Zəngəzur dəhlizi Tehranı narahat edir.

“Azərbaycanla Türkiyə Zəngəzur dəhlizinin açılmasına hazırlaşır. Burada avtomobil və dəmir yolu xətti inşa olunacaq və Türkiyədən Naxçıvana, oradan isə Azərbaycanın əsas əraziləri birləşəcək. Xəzər dənizindən isə hamısı türkdilli olan Mərkəzi Asiya respublikaları ilə əlaqə qurulacaq. Bu isə Ərdoğan tərəfindən “Böyük Turan”nın yaradılması iddiasıdır. Bu İranı narahat edir və onlar Qafqazda təsirlərinin azalmasını görürlər”- deyə Vladimir Sajin açıqlama verib.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir