Modern.az

Elnur Əşrəfoğlunun vəziyyəti ağırdı

Elnur Əşrəfoğlunun vəziyyəti ağırdı

Media

6 Oktyabr 2021, 14:21

“Tanınmış jurnalist Elnur Əşrəfoğlunun vəziyyəti ağır, kritik olaraq qalmaqdadır".

 

Bu barədə “Yeni Klinika”dan Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

 

Qeyd edilib ki, ötən müddətdə xəstənin ağciyər göstəricilərində müsbətə doğru dəyişikliklər yoxdur:

 

“Bu səbəbdən də ECMO vasitəsilə dəstək davam etdirilir”.

 

Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra “Yeni Klinika”ya köçürülüb. Vəziyyəti ağır olduğundan ECMO aparatına qoşulub. Jurnalistin anası Zöhrə Hüseynova oğlunun səhhətilə bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?