Modern.az

Regionu dəyişəcək “Altılıq platforması”: 2 ölkə tərəddüd edir

Regionu dəyişəcək “Altılıq platforması”: 2 ölkə tərəddüd edir

Dünya

6 Oktyabr 2021, 15:31

İran və Rusiya xarici işlər nazirlərinin Moskva görüşü başa çatıb.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Sergey Lavrov Hüseyn Əmir Abdullahian ilə mətbuat konfransında “Altılıq platforması" barədə danışıb.

 

O, Ermənistan və Gürcüstanın hələlik bununla bağlı tərəddüd etdiyini dilə gətirib.


“Biz bu gün 3+3 formatında təşəbbüsü müzakirə etdik. İranlı dostlarımızda buna pozitiv münasibət var, eynisini Azərbaycan və Türkiyə dostlarımızdan da müşahidə edirik. Erməni həmkarlarla işlər davam edir. Rusiya ümid edir ki, daxili problemlərinə baxmayaraq, Gürcüstan bu mexamizmin ona verəcəyi faydanı anlayacaq”.

 

İran XİN başçısı isə Cənubi Qafqazdakı geosiyasi dəyişikliyi qəbul etməyəcəklərini dilə gətirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!