Modern.az

Azərbaycan və Ermənistan XİN başçıları GÖRÜŞƏCƏK

Azərbaycan və Ermənistan XİN başçıları GÖRÜŞƏCƏK

6 Oktyabr 2021, 18:01

Azərbaycan və Ermənistan xarici işlər nazirləri yenidən görüşəcək.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə parlamentdə çıxışı zamanı Ararat Mirzoyan açıqlama verib.

 

O, görüşün ATƏT-in Minsk qrupu çərçivəsində baş tutacağını açıqlayıb.

“Qarşıdakı görüşdə əsas mövzu humanitar məsələlərin həlli olacaq. Həmin məsələlərin müsbət həlli ən vacib mövzuların müzakirəsi üçün müsbət atmosfer yaradacaq”-,deyə Mirzoyan açıqlama verib.

 

Xatırladaq ki, Ararat Mirzoyanla Ceyhun Bayramov ilk dəfə sentyabrın 24-də Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası zamanı görüşüblər.

      

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi