Modern.az

NATO PA cəmi bir azərbaycanlı deputata icazə verdi - SƏBƏB

NATO PA cəmi bir azərbaycanlı deputata icazə verdi - SƏBƏB

7 Oktyabr 2021, 09:06

Oktyabrın 8-dən 11-dək Portuqaliyanın Lissabon şəhərində NATO Parlament Assambleyasının (PA) 67-ci illik sessiyası keçiriləcək.

 

Bu barədə Modern.az-a Milli Məclisin deputatı, NATO PA-da nümayəndə heyətimizin üzvü Kamran Bayramov məlumat verib. Kamran Bayramov pandemiya səbəbilə sessiyaya hər ölkədən bir nəfər nümayəndənin qatıla biləcəyini və özünün iştirak edəcəyini vurğulayıb:

 

“Toplantıda “NATO-nun dezinformasiya və təbliğata qarşı demokratik dayanıqlığının gücləndirilməsi”, “Mülki hazırlıq vasitəsilə üzv olan dövlətlərdə cəmiyyətlərin dayanıqlığının genişləndirilməsi”, “Silahlanma üzərində beynəlxalq nəzarət: qarşıda duran çağırışlar”, “NATO-nun Asiya tərəfdaşları ilə elm və texnologiya sahəsində əməkdaşlığın dərinləşməsi” və digər mövzularda məruzələr dinləniləcək.

Tədbir iştirakçıları NATO-nun 2030-cu ilə qədər gündəliyi və strateji planları, müdafiə xərcləri və innovasiyalar, NATO-nun Əfqanıstandakı ötən dövrdəki fəaliyyəti, Orta Şərq və Şimali Afrika regionlarında cərəyan edən hadisələr, iqlim dəyişikliyi ilə əlaqədar məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar”.

 

Deputat deyib ki, NATO-da Azərbaycan təmsilçisi olaraq, müzakirəyə çıxarılan məsələlərə münasibət bildirib, ölkəmizin maraqlarına uyğun mövqe səsləndirəcəyək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir