Modern.az

Qazaxıstanda vitse-prezident təyin olunan azərbaycanlı - ETİMADI DOĞRULDACAM

Qazaxıstanda vitse-prezident təyin olunan azərbaycanlı - ETİMADI DOĞRULDACAM

7 Oktyabr 2021, 09:50

Ötən gün Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti təyin olunan tanınmış azərbaycanlı jurnaist Füzuli Məcidli bu etimada görə, rəhbərliyə təşəkkürünü bildirib.

 

Modern.az-ın məlumatına görə, o deyib:

“Beynəlxalq Türk Akademiyasının yaradılması haqqında müqaviləyə əsasən, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təhsil və elm nazirliklərinin təmsil olunduğu BTA Elmi Şurasının yekdil qərarı ilə bundan sonra təşkilatın vitse-prezidenti olaraq fəaliyyətimi davam etdirəcəyəm. Bu yüksək etimada layiq görən Azərbaycan dövlətinə, ölkəmizin və təşkilata üzv olan digər ölkələrimizin müvafiq qurumlarına, BTA prezidentinə, dəstək və qayğısını əsirgəməyən insanlara, dostlara dərin minnətdarlığımı bildirirəm”.

 

O, 2016-cı ildən çalışdığı bu təşkilatda bundan sonra daha da faydalı olmağa, Türk dövlətlərinin yaxınlaşması, inteqrasiyası və birliyi naminə əlimdən gələni əsirgəməməyə, göstərilən etimadı doğrultmağa çalışacağını bildirib.

 

Qeyd edək ki, Beynəlxalq Türk Akademiyası Qazaxıstanda fəaliəyət göstərir. Füzuli Məcidli isə 2016-cı ildən bu qurumda müşavir vəzifəsində çalışırdı. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu