Modern.az

İranın son hərəkətləri özbaşına deyil – Gürcü ekspert Modern.az-a DANIŞDI

İranın son hərəkətləri özbaşına deyil – Gürcü ekspert Modern.az-a DANIŞDI

7 Oktyabr 2021, 11:22

“Rusiya ilə İran Suriya məsələsində partnyorudurlar. İstisna etmirəm ki, İranın son hərəkətləri Rusiya ilə razılaşdırılıb. Bununla da, İran regionda əlavə təsir rıçaqları əldə etməyə çalışır”.

 

Bu sözləri Modern.az-a açıqlamasında gürcüstanlı politoloq, Beynəlxalq Münasibətlər Akademiyasının rəhbəri Simon Kopadze söyləyib.

 

Ekspert İran-Azərbaycan münasibətlərindəki gərginliyin hərbi toqquşma səviyyəsinə çıxmayacağını, amma gərginliyin qalacağını əlavə edib.

 

Simon Kopadze dünən Tbilisidə Azərbaycan, Ermənistan və Gürcüstan müdafiə nazirlərinin görüşünü müsbət qiymətləndirib.  

 

“Azərbaycan, Türkiyə və Gürcüstan arasında müdafiə nazirləri səviyyəsində üçtərəfli görüş region üçün pozitiv impuls verəcək. Ölkələrimiz arasında stratreji partnyorluq və xarici siyasət vektorunu möhkəmləndirəcək. Tbilisidə strateji əməkdaşlıq barədə imzalanmış müqavilə çox mühüm sənəddir”.

 

Simon Kopadze mina xəritələri qarşılığında diversantların dəyişdirilməsi ilə bağlı Bakı və Yerevan arasında baş tutan razılşmada Gürcüstanın vasitəçilik missiyasına toxunub.

 

“Gürcüstan münaqişə tərəfləri arasında vasitəçi kimi müsbət rol oynayır. Rəsmi Tbilisi Avropa Birliyi və ABŞ-dakı partnyorlarının köməyi ilə Ermənistanın mina xəritələrini verməsi üçün Rusiyaya təzyiq edib. Bundan sonra, Paşinyan anladı ki, yaxşısı Qərblə sıx əlaqləri olan Gürcüstan vasitəsilə danışıqlar aparmaqdır. Hazırda Ermənistan Rusiyanın tam vassalı vəziyyətindədir”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir