Modern.az

Saakaşvili acından ölə bilər

Saakaşvili acından ölə bilər

Dünya

7 Oktyabr 2021, 12:09

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin həyatı təhlükədədir.

 

Modern.az Gücüstan KİV-nə istinadən xəbər verir ki, həkimlər 7-ci gündür ki, yemək yeməkdən imtina edən siyasətçiyə görə narahatlıq keçirir.

 

“Həkim kimi mənə onun səhhəti çox vacibdir. Hər şey etməliyik ki, onun həyatı üçün təhlükə yaranmasın. Çünki aclıq həyat üçün risklər daşıyır”, - deyə “Nyu Hospital” klinikasının reanimatoloqu Vaxtanq Kaloiani açıqlama verib.

Hazırda siyasətçinin yanına yalnız vəkilləri buraxılır. Onun kamerasına televizorun yerləşdirilməsi də tələb edilir.        

 

Mixail Saakaşvili oktybarın 1-də Tbilisidə saxlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir