Modern.az

Azərbaycan proporsional seçki sisteminə qayıda bilər? - MÖVQE

Azərbaycan proporsional seçki sisteminə qayıda bilər? - MÖVQE

7 Oktyabr 2021, 12:15

“Azərbaycanda seçki məcəlləsinin yenilənməsi, proporsional seçkiyə keçid yalnız konstitusiya dəyişikliyi ilə mümkün ola bilər. Bunun üçünsə, referendum keçirilməsi vacibdir”.

 

Bunu Modern.az-a Azərbaycanda proporsional seçki sisteminin tətbiqi haqqında təkliflər və bunun hüquqi prosedurları haqqında danışarkən Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib. O xatırladıb ki, Azərbaycanda əvvəllər majoritar və proporsional seçki sistemlərinin birgə tətbiqi təcrübəsi olub:

 

“Bu sistemlər birlikdə tətbiq edildiyindən qarışıq seçki sistemi hesab edilirdi. Sonradan yalnız majoritar seçki sistemi saxlanıldı. İndi isə ən azı parlament seçkilərində proporsional sistemin tətbiqinin vacibliyi haqqında fikirlər səsləndirilir. Qarışıq sistemin geri qaytarılması təklif edilir.

Zaman göstərdi ki, Azərbaycan üçün proporsional seçki sisteminin heç olmasa majoritar sistemlə parallel tətbiqi vacibdir. Çünki partiyaların inkişafı önəmlidir. Təkliflərin nəzərə alınıb, seçki sisteminin dəyişdirilməsi isə ancaq referendum yolu ilə mümkündür. Yaxın zamanlarda isə ölkəmizdə referendum keçirilməsi gözlənilmir. Lakin siyasi partiyalar haqqında qanun köhnəlib və bu mütləq dəyişdiriləcək. Sonradan seçki məcəlləsinə dəyişikliklər olacağı da gözləniləndir. Amma yaxın zamanda bununla bağlı addım atılacağını hesab etmirəm”.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı