Modern.az

Əhalinin 88.3%-i Prezidentə tam ETİBAR EDİR

Əhalinin 88.3%-i Prezidentə tam ETİBAR EDİR

Ölkə

7 Oktyabr 2021, 13:26

Sosial Tədqiqatlar Mərkəzi (STM) tərəfindən Azərbaycan Prezidentinin fəaliyyəti ilə bağlı keçirilən ictimai rəyin aylıq monitorinqinin nəticələrinə görə, 2021-ci ilin  yanvar-mart ayları dövlət başçısınmın işlərində ən dinamik dövr hesab olunur.

Bu barədə Modern.az-a Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli bildirib.

Onun sözlərinə görə, keçirilmiş sorğunun nəticələri onu göstərir ki, əhalinin 88.3%-i Prezident İlham Əliyevə 2021-ci il üzrə beynəlxalq və daxili müstəvidəki fəaliyyət, milli maraqların qorunması, ümummilli rifahın təmin olunması baxımından tam etibar edib.

“İctimaiyyətin inam indeksinin 5-ci buraxılışı cari ilin yanvar-mart aylarını əhatə edir. Bu aylar Prezidentin fəaliyyətinin ən dinamik dövrü hesab olunur.

Bu aylar ərzində sorğuda iştirak edən repondentlərin 88.3%-i Prezidentə tam etibar etdiyini bildirib.

Qeyd edim ki, martdan sonrakı aylar isə ilin sonunda hesabat kimi əhaliyə təqdim olunacaq”, - deyə STM rəsmisi bildirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!