Modern.az

Müharibə veteranları ilə bağlı yeni QƏRAR

Müharibə veteranları ilə bağlı yeni QƏRAR

Ölkə

7 Oktyabr 2021, 15:44

"Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə" dəyişiklik edilib.

 

Modern.az xəbər verir ki, xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

 

Yeni dəyişikliklə sözügedən Əsasnamənin "Müharibə veteranları” hissəsinə yeni bənd əlavə edilib.

Yeni bəndə əsasən, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Ordusunun hərbi qulluqçularına münasibətdə müharibə veteranı adının və vəsiqəsinin, habelə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı olmasına dair arayışın verilməsi üçün maraqlı şəxs “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri"nə də müraciət edə bilər.

Qərarla daha ətraflı bu linkdən tanış olmaq mümkündür.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı