Modern.az

Həbsə göndərilmiş eks-prezidentlər: korrupsiya, qətl, zorlama....

Həbsə göndərilmiş eks-prezidentlər: korrupsiya, qətl, zorlama....

7 Oktyabr 2021, 16:24

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili oktyabrın 1-də gizli yolla qayıtdığı Tblisidə saxlanıldı. Gürcüstanın Baş Prokurorluğu 2014-cü ildə eks-prezident Mixail Saakaşviliyə bir neçə maddə ilə cinayət işi açıb. Onu 8,8 milyon lari dövlət vəsaitini şəxsi ehtiyaclarına xərcləməkdə, 2007-ci il 7 noyabr aksiyaları zamanı vəzifə səlahiyyətlərini aşmaqda, parlamentin deputatı Valeri Gelaşvilinin döyülməsini və 2006-cı ildə Gürcüstan Birləşmiş Bankının əməkdaşı Sandro Qirqvlianinin qətlini sifariş etməkdə təqsirləndirirlər.

Mixail Sakaaşvili 2013-cü ilin noyabrından sonra ilk dəfə ölkəsinə geri qayıdıb.

 

Modern.az həbsə göndərilən və barələrində cinayət işi açılan digər eks-prezidentlər barədə məlumatı təqdim edir.

 

Nikola Sarkozi

Fransa prezidenti Nikola Sarkozi 1 il müddətinə azadlıqdan məhrum olunub. O, 2012-ci ildə seçki kampaniyası zamanı qanunvericilikdə nəzərdə tutulduğundan 2 dəfə çox pul xərcləyib. Belə ki, seçki aksiyasına 22,5 milyon avro limiti qoyulsa da, Sarkozi saxta mühasibatlıq yolu ilə kampaniya zamanı 42,8 milyon avro xərclədiyini gizlədə bilmişdi.

Sarkozi cəzasını öz evində elektron nəzarət altında çəkəcək. 

 

Almazbek Atambayev

Qırğızıstanın eks-prezidenti Almazbek Atambayev 2020-ci ilin iyununda 11 il 2 ay müddətində azadlıqdan məhrum edilmişdi. Almazbek Atambayevə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiya da daxil olmaqla, bir neçə maddə üzrə ittiham irəli sürülüb.

2020-ci ilin noyabrında Ali Məhkəmə eks-prezident barədə hökmü ləğv edərək, yenidən birinici instansiya məhkəməsinə yollayıb.

 

Moşe Katsav

Tel-Əviv məhkəməsi İsrailin keçmiş prezidenti Moşe Katsavı zorlama ittihamı ilə təqsirli bilib. Eks-prezident 2011-ci ildə 7 il müddətinə azadlıqdan məhrum olunub. 2016-cı ildə - 5 illik həbsdən sonra onun cəzası yüngülləşdirilib və Katsav azadlığa buraxılıb.

Moşe Katsav 2000-2007-ci illərdə İsrail prezidenti olub.

 

Slobodan Miloşeviç

Serbiya prezidenti Slobodan Miloşeviç bəşəriyyətə qarşı cinayətlərdə – qətllər, siyasi, irqi və dini motivli təqiblər, deportasiya və müharibə qaydalarının pozulması ittihamları ilə həbs olunub. 2001-ci il aprelin 1-də Serbiyada saxlanılan Miloşeviç BMT-nin Haaqadakı Beynəlxalq Məhkəməsinə təhvil verilib.

2016-cı il martın 11-də Slobodan Miloşeviç Haaqada həbsxanada ürək tutmasından dünyasını dəyişib.

 

Viktor Yanukoviç

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç barədə də məhkəmə qərarı var. 2014-cü ilin fevralında kütləvi etirazlar fonunda prezident postunu tərk edərək, Rusiyaya qaçan Yanukoviç mütəşəkkil cinayətkar dəstə yaratmaqda ittiham olunur. 2017-ci ilin iyununda Kiyevin Obolonsk rayon məhkəməsi Viktor Yanukoviçi dövlətə xəyanət maddəsi ilə mühakimə etmişdi. 2019-cu il yanvarın 24-də isə eyni məhkəmə Viktor Yanukoviçi dövlətə xəyanət maddəsi ilə 13 il müddətinə azadlıqdan məhrum edib.  

Viktor Yanukoviç hazırda Rusiyada məskunlaşıb.

 

Ayrı-ayrı zamanlarda Liberiyanın eks-prezidenti Çarlz Teylor, Mərkəzi Afrika Respublikasının sabiq rəhbəri Bokassa Jan-Bedel, Monqolustanın ilk prezidenti Nambarın Enxbayar, Cənubi Afrikanın eks-prezidenti Ceykob Zuma, Pakistanın sabiq rəhbəri Pərviz Müşərrəf, Perunun eks-prezidenti Alberto Fuximori, Cənubi Koreyanın eks-prezidentləri Li Men Bak və Pak Kın Xe, Braziliyanın keçmiş lideri Lula da Silva, Misirin sabiq prezidentləri Hüsnü Mübarək və Məhəmməd Mursi, İraqın eks-diktatoru Səddam Hüseyn məhkəmə qərarı ilə üzünmüddətli həbs cəzalarına məhkum olunublar.

Ermənistanın eks-prezidentləri Robert Koçaryan və Serj Sarkisyanın məhkəmə prosesləri isə hələ yekunlaşmayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?