Arxiv
7 Oktyabr 2021, 17:31 | MEDİA
Koronavirusa yoluxmuş Elnur Əşrəfoğluna niyə qan lazımdır? - Rəsmi AÇIQLAMA

"ECMO-ya bağlı olaraq, həyat mücadiləsi aparan tanınmış jurnalist Elnur Əşrəfoğluna təcili I qrup qan lazımdır". 

Bu gün sosial şəbəkə istifadəçiləri tərəfindən koronavirusdan əziyyət çəkən jurnalistlə bağlı belə bir məlumat ictimailəşdirilib.

 

Bundan əvvəl isə koronavirusa yoluxmuş mərhum sənətçi Səyyad Əlizadəyə də təcili qan lazım olduğuna dair elan verilmişdi.

 

Maraqlıdır, koronaviruslu xəstələrdə qan azlığı nə ilə bağlıdır? Qan Bankında yetərli qan yoxdurmu ki, nəzarətdə olan xəstə üçün qan elanı verilir?

 

Məsələ ilə bağlı “Yeni Klinika”dan Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda Elnur Əşrəfoğlu ECMO dəstəyindədir:

 

“Bildiyiniz kimi, ECMO dəstəyində olan kritik koronavirus xəstələrində qanamağa meyillilik olur. Bu məqsədlə xəstələrdə hemoqlablini normal dəyərə gətirmək üçün qan plazma trombasit transfuziyaları edirik”.

 

 

Qeyd edək ki, E.Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra “Yeni Klinika”ya köçürülüb. Ağciyərlərində 85 faiz buzlu şüşə aşkarlanan jurnalistin vəziyyəti ağır olduğundan ECMO aparatına qoşulub. Onun anası Zöhrə Hüseynova oğlunun səhhətilə bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv