Modern.az

Pedaqoji Universitetdə yeni təyinatlar

Pedaqoji Universitetdə yeni təyinatlar

7 Oktyabr 2021, 20:01

Oktyabrın 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının 2021-2022-ci tədris ili üçün ilk iclası keçirilib.

 

Universitetden Modern.az-a verilən məlumata görə, iclasda ADPU-nun rektoru, professor Cəfər Cəfərov çıxış edib. Rektor ənənəvi tədrisin bu dövrünün xüsusi həssas mərhələ olduğunu vurğulayıb. Ənənəvi tədrisin yenidən təşkili və lazımi nüanslarda onlayn təhsil imkanlarının hibrid istifadəsinin önəmi qeyd olunub.


Elmi Şuranın sədr müavini, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov universitet Elmi Şurasının tərkibində dəyişiklik edilməsi barədə çıxış edib, ADPU-da 2021/2022-ci tədris ilinə hazırlığın vəziyyəti və bakalavriat səviyyəsinə cari tədris ilində tələbə qəbulu haqqında hesabatı şura iştirakçılarının diqqətinə çatdırıb.

 

Sonra cari məsələlərin müzakirəsi keçirilib.
Müzakirələrdən sonra  Universitetin Elmi Şurasının tərkibinin  dəyişdirilməsi haqqında qərar qəbul edilib.

 

Universitetdə struktur dəyişikliyi çərçivəsində Davamlı təhsil və innovasiyalar şöbəsi ləğv edilərək Magistratura və doktorantura şöbəsinə birləşdirilməklə Magistratura və doktorantura şöbəsi yenidən təşkil edilib. Şöbəyə siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov müdir təyin olunub. Professor İbrahim Bayramov isə Elmi-təşkilati şöbənin müdiri vəzifəsinə təyin edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?