Modern.az

Yalançı İran özünü gülünc vəziyyətə saldı

Yalançı İran özünü gülünc vəziyyətə saldı

8 Oktyabr 2021, 10:18

“İranın Azərbaycana qarşı davamlı ittihamı qəbuledilməzdir. Seçicilərimiz də bu məsələyə ciddi etiraz edir. Onlar necə müsəlman ölkəsidir ki, Azərbaycanı əsassız ittiham edirlər. 30 il torpaqlarımız işğal altında olduqda İran-Ermənistan sərhəddində təlim keçirmədi, təzyiq etmədi. Əksinə Ermənistana hər cəhətdən dəstək verdilər. İndi Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Bu həqiqətən qocaman İranın özünü gülünc vəziyyətə salmasıdır”.

 

Hər zaman İrandakı soydaşlarımızın firəvanlığını düşünmüşük

 

Bu sözləri Modern.az-a Milli Məclisin deputatı Məlahət İbrahimqızı son günlər İranın Azərbaycana qarşı olan əsassız ittihamları ilə bağlı danışarkən bildirib:

 

Onun sözlərinə görə, Prezident İlham Əliyev İranın əsassız ittihamlarına ən tutarlı cavabı verib:

 

 

“Bu gün gündəmdə olan ən önəmli mövzu İranın son zamanlar Azərbaycanın daxili işinə qarışması, Azərbaycanı səbəbsiz məsələlər ilə bağlı ittiham etməsidir. Tarixi qonşu dövlətdən belə bir ittihamı heç zaman qəbul etmək olmur.

 

İran Azərbaycanın tarixi qonşusudur, bizim ortaq tariximiz, mədəniyyətimiz var. Ən əsası isə İranda 50 milyona yaxın azərbaycanlının yaşadığı bir ölkə kimi yanaşırıq. Hər zaman qonşu ölkənin firavanlığını istəməklə, həmin ölkədə yaşayan həmvətənlərimizin xoş taleyini fikirləşmişik.

 

Azərbaycan müstəqillik illərində hər zaman İrana çox səmimi münasibət göstərib. Səmimi münasibətimizin arxasında ancaq ortaq dəyərlərimiz olub. Ümumiyyətlə, Azərbaycanın yerləşdiyi geosiyasi coğrafiyada hər zaman balanslı siyasət yürüdülmüşdür. Yerləşdiyimiz coğrafiyada bir-birilərinin maraqlarına çox zidd olan ölkələr var. Buna baxamayaraq, hər zaman yüksək səviyyədə balanslı siyasət həyata keçirmişik”.

 

 

AƏZRBAYCAN, RUSİYA, TÜRKİYƏ + İran, Gürcüstan, Ermənistan

 

Deputatın fikrincə, Paşinyan “3+3” əməkdaşlıq platformasına qoşulmaqda tərəddüdlüdür:

 

“Azərbaycan üçün qardaş, ortaq olan Türkiyə prezidenti Ərdoğanın müharibədən sonra “3+3” formatda yeni bir əməkdaşlıq platformasının yaradılması təklif olunub. Bu təklif Rusiya prezidenti tərəfindən yüksək dəyərləndirib və qəbul olunub. İlham Əliyev də bu platformanı ilk gündən dəstəkləyib.

 

“3+3” mənası odur ki, Azərbaycan, Rusiya, Türkiyə + İran, Gürcüstan, Ermənistan. 

 

Paşinyanın mətbuata ayrı-ayrı çıxışlarından hiss olunur ki, Ermənistan da bu platformaya qoşulacaq. Amma bu Paşinyan üçün elə də asan deyil. Çünki bir tərəfdən dünya erməni diasporunun Paşinyana çox ciddi təzyiqi, digər tərəfdən təcavüzkar Ermənistanı dəstəkləyən xarici qüvvələrin basqısı var. Amma görünən odur ki, Paşinyan bu əməkdaşlıq platformasını dəstəkləyir”.

 

 

İRAN ETİBARINI İTİRDİ

 

M.İbrahimqızı bildirib ki, biz İrana Ermənistanla hava yolunu açmaqla çox ciddi qarşılıq verdik:

 

“Bu günlərdə bizim tarixi qonşu, müsəlman hesab elədiyimiz İranın hava yollarını bağlanması da çox gülünc göründü. İranı qocaman bir fars imperiyasının davamçısı hesab edirdik. İran bu dəfə özünü çox gülünc vəziyyətə saldı.

 

Bunun əksini Ermənistan ilə uzun illər bağlı olan hava məkanını açmaqla qarşılıq verdik. İndi bizim təyyarələrimiz Ermənistan üzərindən keçir. Bu onu göstərir ki, artıq Paşinyan hökuməti yumşalır. Bunları ümumiləşdirib desək, İran dost, qonşu ölkə kimi etibardan düşdü.

 

İndi İranın da başqa çıxış yolu yoxdur, bu platformaya qoşularsa, onun özü üçün hər şey yaxşı olar. Bu yaxınlarda möhtərəm Prezidentimiz çıxışlarında bildirdi ki, burada əsas Türkiyə, Azərbaycan, Rusiya platformasıdır. Bu tarixdə həqiqətən dünya siyasətçilərinin ağlına gəlməyən bir formatdır. Türkiyə, Rusiya, Azərbaycan əməkdaşlığının yaradılması hesab edirəm ki, bölgədə davamlı sülhün təminatçısı olacaq, hansısa, təhlükənin aradan qaldırılması üçün təminatçısı rolunu oynayacaq.

 

İranın Azərbaycana qarşı münasibətini səmimi qəbul etmək olmaz. Eyni dinin daşıyıcıları olmağımıza baxmayaraq, 30 ildə Ermənistanla bağlı kəskin mövqe göstərmiyib. Dünyanın bir sıra ölkələri var ki, ortaq olmayan dəyərlərə baxmayaraq açıq münasibət bildiriblər”.

 

 

ERMƏNİSTANA İRAN CAN VERİB

 

O, deyib ki, Ermənistana can verən İran olub:“Bilirsiz ki, Ermənistanın Türkiyəyə qarşı əsassız ərazi iddiası var. Türkiyənin Ermənistanla münasibətləri kəskindir və diplomatik əlaqələri yoxdur. Ermənistan Türkiyə və Azərbaycan arasında blokada vəziyyətində olubdur.

 

Ermənistana nəfəsi, canı, yaşamağı İran verib. İranla Ermənistan sərhəddi həmişə açıq olub. İrandan istər Ermənistana, istər bir zamanlar işğal altında olan ərazilərə kifayət qədər tırlar gedib. 

 

Bunlara baxmayaraq, biz həmişə qonşuluq münasibətimizi saxlamışıq və ittiham etməmişik.

 

Biz heç bir dövlətİ məcbur edə bilmərik ki, Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasətə mövqeyiniz belə olsun. Kim özünü həqiqi mənada Azərbaycana dost bilirsə, beynəlxalq hüququ əsas götürübsə, öz mövqeyini bildirib. Bu, hər bir ölkənin öz daxili işidi”.

 

 

 

YALANÇI İRAN

 

Parlamentari hesab edir ki, İranın yeni seçilmiş təmsilçiləri Azərbaycana qarşı yalan ittihamlar irəl sürür: “Azərbaycan bunları gördükdən sonra İrana qarşı bütün inamını itirdi.

 

Biz hər kəsi 44 günlük müharibədə tanıdıq. İran sadəcə yalanda “Biz ərazi bütövlüyünüzü tanıyırıq” dedi. Amma hansı ərazini, necə tanıyırlar, heç nəyi açıq, aydın ifadə etmədilər.

 

Bu gün Azərbaycan öz problemini həll edib, torpaqlarını azad etdi. İndi artıq İran başlayıb yalan, yalnış danışmağa. 

 

Bu da bir tarixi sınaq idi. İran bu sınaqdan qonşu dövlət, dost kimi çıxmadı. Artıq müharibədən sonra bölgədə çox önəmli tarixi fürsət, imkan yaranıb. Qarabağ bölgəmiz bu gün dünyanın gündəmindədir. Həmin bölgədə gələcək üçün önəmli proseslər gedir. Düşünün ki, dünyanın böyük qütblərindən biri olan Rusiya ilə Türkiyə arasında tarixi münasibət yaranıb. Bir tərəfdən Qarabağımız azad olundu. 30 il işğal altında olsa da, bu məsələ 200-300 illik erməni projesi idi. Ermənistanın bütün xülyaları alt-üst oldu. Azərbaycanın “Dəmir yumruq” u Ermənistanı darmadağın etdi. Bu gün Ermənistanın daxilində sadəcə ayrı-ayrı revanşist qüvvələr qalıb.

 

Ümumiyyətlə, Ermənistanın yerləşdi ərazinin erməni xalqına heç bir dəxli yoxdu”. 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər