Modern.az

Fransa ilə Yunanıstan Türkiyəyə qarşı BİRLƏŞDİ

Fransa ilə Yunanıstan Türkiyəyə qarşı BİRLƏŞDİ

Dünya

8 Oktyabr 2021, 12:49

Fransa ilə Yunanıstan qarşılıqlı hərbi yardım haqqında razılaşıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Yunanıstan parlamenti canlı yayımda Fransa ilə müdafiə və təhlükəsizlik sahəsində strateji əməkdaşlıq barədə müqaviləni təsdiq edib.

Müqavilə üçüncü tərəfin hücumu zamanı iki ölkənin bir-birinə hərbi yardım göstərməsini nəzərdə tutur.

 

Yunanıstan baş naziri Kiriakos Miotsakis müqaviləni “tarixi” adlandırıb. Onun sözlərinə görə, razılaşma NATO-nun cənub qanadını möhkəmləndirəcək.

 

Xatırladaq ki, müqavilənin Yunanıstanla Egey dənizində dəniz sərhədləri ilə bağlı gərginlik yaşadığı Türkiyəyə qarşı yönəldiyi bildirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı