Modern.az

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru İSTEFA VERİB?

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru İSTEFA VERİB?

Mədəni̇yyət

8 Oktyabr 2021, 14:27

Bir neçə ay öncə - mayın 27-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru təyin edilmiş Fuad Dərgahlı vəzifəsindən istefa verib.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, artıq xeyli vaxtdır icraçı direktoru onun müavini əvəz edir.

 

Buna baxmayaraq, Fuad Dərgahlının istefası hələ ki rəsmən təsdiqlənməyib.


Əldə etdiyimiz məlumatda o da qeyd edilir ki, Fuad Dərgahlı şəxsi istəyi ilə istefa ərizəsi yazıb.  

Modern.az-ın Fuad Dərgahlıdan istefasının səbəblərini öyrənmək cəhdi nəticəsiz qalıb.

Agentliyin icraçı direktoru vəzifəsinə yeni təyinatın nə zaman olacağı da hələ ki bəlli deyil.

Xatırladaq ki, “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik hüquqi şəxsi Prezident İlham Əliyev bu il aprelin 19-da imzaladığı Fərmana əsasən yaradılıb.

Agentlik keçmiş Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bazası əsasında formalaşdırılıb.


“Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İlqar Orucov Modern.az-a deyib ki, qurumla bağlı bütün məlumatlar press-pelizlərdə qeyd olunur. O, jurnalistləri hardansa eşitdikləri xəbərlərə deyil, rəsmi məlumatlara istinad etməyə çağırıb.

Ölkə başçısının sərəncamı ilə Azay Quliyev, Vüsal Quliyev, İlqar Məmmədov, Zakir Hacıyev, Azər Allahverənov, Əvəz Həsənov, İsrayıl İsgəndərov, Zaur İbrahimov, Nurəddin Mehdiyev, İlqar Orucov və Günel Səfərova QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri təyin ediliblər.
Müşahidə Şurasının 8 üzvü qeyri-hökumət təşkilatlarını, 3 üzvü dövlət orqanlarını təmsil edir.

Agentliyin fəaliyyətinə cari rəhbərliyi Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi icraçı direktor həyata keçirməlidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir