Modern.az

“Kapital Bank”dan rəhbər şəxsin adından göndərilən “mesajlar”a CAVAB

“Kapital Bank”dan rəhbər şəxsin adından göndərilən “mesajlar”a CAVAB

8 Oktyabr 2021, 16:24

“Kapital Bank” vətəndaşların mobil nömrələrinə Müşahidə Şurasının sədri Cəlal Ələkbər oğlu Qasımovun adından “WhatsApp” üzərindən göndərilən mesajlarla bağlı açıqlama verib.

 

İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Modern.az-a bildirib ki, o mesajların bank və onun hər hansı əməkdaşı ilə əlaqəsi yoxdur:

 

 

““Kapital Bank” mütəmadi olaraq müxtəlif sorğular keçirir. Lakin bu sorğular hər hansı bir məhsul və ya xidmətlə bağlı, telefon zəngi vasitəsilə baş verir. Sorğu zamanı bankın rəhbərliyinin adından istifadə etmək və ya kart məlumatlarının tələb olunması yolverilməzdir”..

 

Bank rəsmisi müştəriləri diqqətli olmağa çağırıb:

“Bu tip bildirişlərə qarşı müştəriləri diqqətli olmağa çağırırıq və heç bir halda kart məlumatlarını başqa şəxsə verməmələrini xahiş edirik. Əks halda onlar dələduzluq halı ilə üzləşəcəklər”.

 

Məlumat üçün bildirək ki, son günlər yerli mobil operator nömrəsindən özünü bankın Müşahidə Şurasının sədri Cəlal Qasımov kimi təqdim edən şəxs tərəfindən mesaj göndərilərək, hesabında aşkarlanan problemə görə vətəndaşdan kartının nömrəsi və PİN kodu tələb edirlər. Bəziləri bu mesaja inanaraq şəxsi məlumatlarını qarşı tərəfə ötürür, nəticədə kart hesablarından vəsait oğurlanır.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) də dələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq edərək, diqqətli olmağa çağırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir