Modern.az

Topçubaşovun nəvəsi VƏFAT ETDİ  

Topçubaşovun nəvəsi VƏFAT ETDİ  

8 Oktyabr 2021, 22:02

Görkəmli ictimai-siyasi xadim, diplomat, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından biri, parlamentin ilk sədri Əlimərdan bəy Topçubaşovun nəvəsi Gülnarə Kürdəmir 98 yaşında vəfat edib.

 

Modern.az-ın məlumatına görə, o, Türkiyənin İstanbul şəhərində yaşayırdı.

 

Gülnarə Kürdəmir 2018-ci ildə AXC-nin 100 illiyi münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsinin fəxri fərmanı ilə təltif edilmişdi.

 

Xatırladaq ki, Əlimərdan bəy Topçubaşov mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabinin qızı Pəri xanımla ailə qurub. Gülnarə Kürdəmir isə Əlimərdan bəyin böyük qızı Sara xanımın övladı idi.

 

Allah rəhmət eləsin!

 

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır