Modern.az

Azərbaycanın yeni VALYUTA mənbəyi - FİLİZ

Azərbaycanın yeni VALYUTA mənbəyi - FİLİZ

İqtisadiyyat

9 Oktyabr 2021, 10:36

Azərbaycanın “Qaşqaçay”, “Elbəydaş” və “Ağduzdağ” filiz yataqlarının geoloji öyrənilməsi və istismarı məqsədilə Türkiyənin bu sahədə aparıcı şirkətləri olan “Eti Bakır A.Ş.” və “Artvin Maden A.Ş.” ilə müqavilələr imzalanıb.

 

Bu addımın işğaldan azad edilmiş ərazilərdə hasilat sənayesinin işə salınmasında, yüksək potensialı olan yataqların tədqiqi və dövriyyəyə cəlb edilməsində əhəmiyyətli rol oynamaqla, regionun iqtisadi reinteqrasiyasını sürətləndirəcəyi bildirilir.

 

Bu barədə Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, filiz yataqlarının istimara verilməsi Azərbaycanda filiz istehsalının genişləndirilməsi, eyni zamanda bu istiqamətdən ölkəyə valyuta daxil olmasının artmasına səbəb olacaq:

 

“Hazırda dünya bazarında filizin qiymətlərində artımlar müşahidə edilir. Eyni zamanda, filiz ölkəyə ən çox valyuta gətirən strateji məhsullardan biridir. Mütəmadi olaraq, dünyada, qonşu ölkələrdə, regionda, o cümlədən Avropa Birliyində filizə tələbin artması, istehsal edilən məhsulların ixrac imkanlarına şərait yaradacaq. Yataqların qiymətləndirilməsi və işlənməsi yeni iş yerlərinin yaradılmasına imkan verəcək. Burada həm ixtisaslı kadrlar, həm də digər vətəndaşlarımız işlə təmin olunacaq. Bu isə məşğulluğun təmin edilməsi baxımından çox vacibdir”.

 

 

Parlamantarinin sözlərinə görə, Azərbaycan filizə olan tələbi yerli istehsal hesabına ödəməklə yanaşı, həm də ixrac edəcək:

 

“İxrac isə valyuta daxilolmalarına səbəb olacaq. Məhsulun ixracatından əldə edilən gəlirlər daha dayanıqlı hesab olunur ki, bu da təbii olaraq, valyuta və dövlət gəlirlərimizin artmasına imkan verəcək. Bu baxımdan yataqların işlənməsi və bu istiqamətdə istehsalın genişləndirilməsi Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcək. Növbəti illərdə ölkə iqtisadiyyatında artım tempinin bərpa edilməsi və daha sürətli inkişaf planlaşdırılır ki, bu da öz növbəsində proqnozlaşdırılan iqtisadi artıma müsbət töhfələrini verəcək”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?