Arxiv
9 Oktyabr 2021, 14:37 | HADİSƏ
Yoluxma yenidən artdı - 16 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1017 yeni yoluxma faktı qeydə alınıb, 1119 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 491 147 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 471 980 nəfər müalicə olunaraq sağalıb, 6 654 nəfər vəfat edib. 12 513 nəfər aktiv xəstə sayını təşkil edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 679, bu günə qədər isə ümumilikdə 4 944 352 test icra olunub.

 

  Azərbaycanda 1119 nəfər COVID-19-dan sağalıb, 1017 nəfər yoluxub - Gallery Image  
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv