Modern.az

Elnur Əşrəfoğlu ilə bağlı ÜMİDVERİCİ xəbər

Elnur Əşrəfoğlu ilə bağlı ÜMİDVERİCİ xəbər

Media

9 Oktyabr 2021, 16:02

"Tanınmış jurnalist Elnur Əşrəfoğlu üçün lazım olan qan tapılıb".

 

Bu barədə “Yeni Klinika”dan Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

 

Rəsmi məlumata görə, xəstənin hemoqlablinin normal dəyərə gətirilməsi üçün qan plazma trombasit transfuziyaları edilib:

 

"Hazırda Elnur Əşrəfoğlunun koronavirusa bağlı qanaması dayanıb. Eyni zamanda, ehtiyac yaranarsa, rezerv qan var".

 

Xəstəxana həmçinin, jurnalistə ECMO dəstəyinin davam etdirildiyini açıqlayıb:

 

"Ümumi vəziyyəti ağır, stabil olaraq qalır".

 

Xatırladaq ki, bir neçə gün əvvəl jurnalistə təcili qan lazım olduğuna dair elan verilmişdi. Xəstəxana bunun ECMO dəstəyində olan kritik koronavirus xəstələrində qanamağa meyilliliklə bağlı olduğunu açıqlamışdı.

 

Qeyd edək ki, E.Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra “Yeni Klinika”ya köçürülüb. Ağciyərlərində 85 faiz buzlu şüşə aşkarlanan jurnalistin vəziyyəti ağır olduğundan ECMO aparatına qoşulub. Onun anası Zöhrə Hüseynova oğlunun səhhətilə bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir