Modern.az

Azərbaycan Slovakiya əlaqələri möhkəmlənir

Azərbaycan Slovakiya əlaqələri möhkəmlənir

9 Oktyabr 2021, 17:34

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti 7- 9 oktyabr tarixlərdə Slovakiya Respublikasına rəsmi səfərdə olub.

 

Səfər barədə Modern az-a danışan nümayəndə heyətinin üzvü, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev bu çərçivədə keçirilən görüşlərin uğurlu və məhsuldar olduğunu diqqətə çardırıb:

 

"Səfər çərçivəsində nümayəndə heyətimizin Slovakiya Respublikasının Baş naziri Eduard Heger, Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kollar, Slovakiya Respublikasının Xarici İşlər naziri İvan Korçok, habelə Slovakiya parlamentinin Azərbaycanla əməkdaşlıq qrupunun üzvlərilə görüşləri və faydalı müzakirələri oldu.

 

 

Bütün görüşlərdə Milli Məclisin sədri Sahibə xanım Qafarova Slovakiyalı həmkarlara Azərbaycanın müstəqillik illərində keçdiyi çətin və şərəfli inkişaf yolundan, Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq və dövlətçilik missiyasından danışdı, Prezident İlham Əliyevin rəhbərliyi illərində ölkəmizin əldə etdiyi nailiyyətləri diqqətə çatdırdı. Ermənistan Azərbaycan münaqişəsinin tarixini, ermənilərin ölkəmizə əsasız ərazi iddialarını, 1990- cı illərin əvvəllərində torpaqlarımızın işğal edilməsini, xalqımıza qarşı soyqırımı və vandalizm aktlarının törədilməsini xüsusi qeyd edən xanım spiker Slovakiya parlamentini Xocalı soyqırımını tanımağa çağırdı.

 

Görüşlər zamanı nümayəndə fəxrlə 44 günlük Zəfər savaşında torpaqlarımızın işğaldan azad edilməsi və müstəqilliyimizin 30 illiyi ərəfəsində ərazi bütövlüyümüzün bərpa olunmasını vurğulayaraq, işğaldan azad edilmiş ərazilərimizdə bərpa, quruculuq işləri sahəsində, eləcə də başqa istiqamətlərdə Slovakiya hökuməti ilə əməkdaşlıqda maraqlı olduğumuzu söylədik. Slovakiya rəsmiləri ilə görüşdə Azərbaycan Milli Məclisinin sədri xanım Qafarova cənab Prezident İlham Əliyevin "Qarabağ- işğaldan əvvəl və sonra" kitabını onlara hədiyyə edərək, erməni vandallarının şəhərlərimizə, kəndlərimizə və təbiətimizə qarşı törətdikləri insanlığa sığmayan cinayətləri barədə əyani məlumat verdi, bu ekosid cinayətinin ağır nıticələrini gözləri ilə görmək üçün Slovakiyalı rəsmiləri ölkəmizə səfərə dəvət etdi".

 

 

M. Quliyevin sözlərinə görə, Slovakiya parlamentinin sədri cənab Boris Kollar dəvətə görə minnətdarlığını bildirib və yaxın vaxtlarda məmuniyyətlə ölkəmizə səfərə gələcəyini söyləyib:

 

"Azərbaycanın ədalətli mövqeyini dəstəklədiklərini bildirən və qələbə münasibəti ilə bizi təbrik edən Slovakiyalı rəsmilər ölkəmizin beynəlxalq mövqeyinin getdikcə gücləndiyini qeyd edərək, bölgədə ədalətli və davamlı sülhün və əməkdaşlığın təmin edilməsində maraqlı olduqlarını və hər cür dəstək verəcəklərini bildirdilər".

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?