Modern.az

Vətən Müharibəsindəki ilk humanitar atəşkəsdən 1 il ötür

Vətən Müharibəsindəki ilk humanitar atəşkəsdən 1 il ötür

Parlament

10 Oktyabr 2021, 10:58

Bu gün Vətən Müharibəsinin gedişində Azərbaycan və Ermənistan arasında ilk humanitar atəşkəsin razılaşdırılmasından 1 il keçir.

 

Modern.az xəbər verir ki, 2020-ci oktyabrın 10-u, saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.

 

Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilirdi.

 

Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılırdı.

 

Lakin Ermənistan hər zaman olduğu kimi humanitar atəşkəs adı altında yenə də təxribatlarını ard-arda sıraladı. Azərbaycanın şəhərlərinə raket və artilleriya vasitələri ilə hücumlar davam etdi. Hətta Azərbaycana qarşı raket hücumları birbaşa Ermənistan ərazisindən həyata keçirildi.


Oktyabrın 11-də Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin əhalinin sıx yaşadığı məntəqəsinə “SCUD” tipli ballistik raket də Ermənistanın ərazisindən atılmışdı.

 

“SCUD” tipli böyük məhvetmə gücünə malik olan raketin döyüş zonasından kənarda mülki insanlara qarşı istifadə olunması ATƏT məkanında birinci hal idi.

 

Ümumiyyətlə, Erməni silahlı qüvvələrinin bu vəhşilikləri dünya üzrə son hərbi münaqişələrdə müşahidə olunan nadir hallardan biri kimi qiymətləndirildi.

 

Müharibənin 14-cü günü imzalanan ilk humanitar atəşkəsin detallarına nəzər salaq:

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir