Modern.az

Deputat tıxaclara görə dövlət qurumlarını TƏNQİD ETDİ

Deputat tıxaclara görə dövlət qurumlarını TƏNQİD ETDİ

11 Oktyabr 2021, 11:26

Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bugünkü iclasında tıxaclara münasibət bildirib.

 

Modern.az xəbər verir ki, deputatın fikrincə, son vaxtlar ən vacib məsələlərdən biri Bakının tıxac məsələsidir:

 

"Bu gün sıradan vətəndaşlar, məktəbə uşağını aparan valideynlər, deputatlar da bu problemlə qarşılaşır. Dünyanın hər yerində tıxac problemi var, amma orda bu işlə məşğul olan bir qurum var. Azərbaycanda isə tıxac problemini üstünə götürmək istəyən qurum yoxdur. Yol polisi yolu tənzimləyə bilmir. Yol bağlanır, alternativ yol qoyulmur. Vaxt itkisi, fəlakətli vəziyyət böyüyür. Təklif edirəm ki, bu sahədə müvafiq qurumlar çıxıb cəmiyyətə məlumat versinlər ki, bu problemin həlli üçün 1 il sonra hansı proqramları var?! Bakı ağır yüklənmiş şəhərdir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir