Modern.az

Spiker Slovakiya parlamentinin qətnaməsinə irad bildirib

Spiker Slovakiya parlamentinin qətnaməsinə irad bildirib

Parlament

11 Oktyabr 2021, 11:02

“Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrlə əməkdaşlığa əhəmiyyət verir”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

 

O qeyd edib ki, Slovakiyaya səfər çərçivəsində Ermənistanın təxribatları barədə bu ölkənin rəsmilərinə geniş məlumat verib:

 

“Orada Slovakiya parlamentində qəbul olunan Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qətnamənin və 1 aprel 2021-ci ildə qəbul olunan "Dağlıq Qarabağ haqqında" adlı qərarın təəssüf doğurduğunu və qəbuledilməz olduğunu bildirdim".

 

"Ümidvar olduğumu bildirdim ki, Slovakiya parlamenti də Xocalı soyqırımını tanımağa görə prosedurlara başlayacaq”, - S.Qafarova əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir