Modern.az

Deputatdan Mədəniyyət Nazirliyinə “Şuşa iradı”

Deputatdan Mədəniyyət Nazirliyinə “Şuşa iradı”

11 Oktyabr 2021, 11:38

"Çox qəribədir ki, Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşanın Mədəniyyət mərkəzi yoxdur"

Modern.az xəbər verir ki, bunu parlamentin iclasında deputat Aqil Abbas bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyev Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı adlandırılması ilə bağlı sərəncam verib.  Amma Şuşanın Mədəniyyət mərkəzi Sumqayıt şəhərinin nəzdinə veriblər.

“Necə olur ki, Şuşanın Mədəniyyət mərkəzi Sumqayıtın tabeliyinə verilir?! Sumqayıtdan hələ bir tarzən çıxmayıb. Mədəniyyət Nazirliyinin Şuşa regional şöbəsi Sumqayıtdan ayrılmalıdır. Bu, şuşalıların tələbidir. Şuşa yenidən tikilir. Camaat da il yarıma Şuşaya qayıdacaq. Belə olanda onlar Şuşadan Sumqayıta gələcək?! Mədəniyyət Nazirliyindən bu məsələni nəzərə alınmasını təklif edirəm".

Spiker Sahibə Qafarova isə cavab olaraq artıq Şuşanın işğaldan azad olunduğu, bütün qurumların şəhərə qaytarılacağını xatırladıb: “Niyə düşünürsünüz ki, bu sadaladıqlarınız ayrılmayacaq?!".

Deputat Elman Məmmədov təklif edib ki, Qarabağ Regional Mədəniyyət Mərkəzi yaradılsın: "Həmin mərkəz isə Şuşada yerləşdirilsin".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı