Modern.az

Milli Məclisdən iranlı deputatlara cavab: “Etdikləriniz ilk növbədə özünüzə ziyandır”

Milli Məclisdən iranlı deputatlara cavab: “Etdikləriniz ilk növbədə özünüzə ziyandır”

11 Oktyabr 2021, 11:50

“İranlı deputatlar, rəsmilər, hətta generalların Azərbaycana qarşı təhdidləri səngimək bilmir”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında deputat Aydın Mirzəzadə deyib.

 

Deputat bildirib ki, həmkarı Bəhruz Məhərrəmov İranla bağlı fikrini deyəndə deputatlar onu məzəmmət edib:

 

“Amma bu gün İran parlamentində Azərbaycanın müstəqilliyi şübhə altına alınır. Heç bir İran generalının təhdidi Azərbaycanı qorxutmayacaq. İranın etdikləri ilk növbədə özünə ziyandır”.

 

Sahibə Qafarova qeyd edib ki, B. Məhərrəmova parlamentin reaksiyası Azərbaycanın dostluq, humanitar siyasətinin davamı idi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi