Arxiv
11 Oktyabr 2021, 13:10 | PARLAMENT
18 Oktyabr qeyri-iş günü olmalıdır

“28 may gününü necə dövlət bayramı kimi qeyd ediriksə, 18 oktyabrı da elə qeyd etməliyik. 18 oktyabr da qeyri-iş günü olmalıdır".

 

Modern.az xəbər verir ki, bu təkliflə deputat Vahid Əhmədov parlamentdə çıxış edib. O qeyd edib ki, Azərbaycan 1918-ci ildə müstəqil dövlət kimi fəaliyyətə başlayıb:

 

“Hökumət, diplomatik əlaqələr formalaşıb. Təəssüf 23 ay yaşaya bilib.1991- ci ildə Müstəqillik Günü haqqında Konstutusiya Aktı kimi qeyd edilib. Bunda o vaxtkı millət vəkillərinin böyük rolu olmuşdu. Azərbaycan niyə gec müstəqilliyini bərpa etdi? Çünki o vaxt Kommunsit Partiyası qəbul etmirdi ki, Azərbaycan müstəqil dövlət kimi yaşaya bilməz. İstiqlalçı millət vəkillərindən söhbət getdi”.

 

Deputat indi bütün bunlardan danışmağın rahat olduğunu vurğulayıb:

“O vaxt Azərbaycan 20 Yanvar faciəsini görmüşdü. Bu zalda 43 nəfər SSRİ nin saxlanılmaması əleyhinə səs verdi. Sonradan hansı mövqeni tutdularsa, bu məni maraqlandırmır. İstəyirəm ki, iki məsələni cənab Prezident nəzərə alsın. Qanun layihəsinin adlarını müsbət qarşılayıram. Amma 28 mayı necə dövlət bayramı kimi qeyd ediriksə 18 oktyabrı da elə qeyd etməliyik. 18 oktyabr da qeyri-iş günü olmalıdır. Müstəqillik yolunda hər şeydən məhrum olan insanlar bunun bəhrəsini görməlidir. 1991-ci ilin müstəqilliyə səs verən deputatlar müəyyən qədər öz töhfələrini almalıdırlar. Həmin insanların da mükafatını vermək lazımdır".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv