Modern.az

Azərbaycanda 101 qadın ANA olarkən ölüb

Azərbaycanda 101 qadın ANA olarkən ölüb

11 Oktyabr 2021, 14:10

Son 5 ildə Azərbaycan Respublikasının iqtisadi və inzibati şəhər-rayonları üzrə hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı açıqlanıb.

 

Dövlət Statistika Komitəsinin (DSK) İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Suleymanov Modern.az-ın sorğusuna cavab olaraq hesabat dövründə 101 ana ölümü qeydə alındığını bildirib.

 

Onun sözlərinə görə, illər üzrə ana ölümlərinin sayında artım yoxdur:

 

“Belə ki, 2016-cı ildə 22, 2017-ci ildə 21, 2018-ci ildə 17, 2019-cu ildə 21, 2020-ci ildə 20 ana ölümü qeydə alınıb”.

 

 

DSK rəsmisinin verdiyi məlumata görə, ana ölümlərinin əksəriyyəti bölgələrdə baş verib:

 

“Son 5 ildə baş verən ana ölümlərindən 20-si paytaxtda olub. 2016-cı ildə 3, 2017-ci ildə 3, 2018-ci ildə 4, 2019-cu ildə 8, 2020-ci ildə 2 ana ölümü Bakıda qeydə alınıb”.

Bu illər ərzində yalnız 2019-cu ildə Naxçıvan Muxtar Respublikasında 1 ana ölümü baş verib. 5 ildə Abşeronda 5, Şirvanda 3, Gəncə-Daşkəsəndə 10, Qarabağda 8, Tovuz-Qazaxda 9, Quba-Xaçmazda 5, Lənkəran-Astarada 15, Mərkəzi Aranda 3, Mil-Muğanda 6, Şəki-Zaqatalada 7, Şərqi Zəngəzurda 1, Şirvan-Salyanda 8 ana ölümü baş verib”.

 

Qeyd edək ki, əvvəlki illərdə ana ölümlərinin sayı daha çox olub. Məsələn, 2007-ci ildə 54, 2008-ci ildə 40, 2009-cu ildə 37 nəfər doğuş zamanı və zahılıq dövründə dünyasını dəyişib.


Məlumat üçün bildirək ki, 2021-ci il üzrə yekun statistika ilin sonunda məlum olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi