Arxiv
11 Oktyabr 2021, 15:47 | PARLAMENT
18 Oktyabr iş günü olmamalıdır - Sabir Rüstəmxanlı

Milli Məclisin bugünkü iclasında deputat Sabir Rüstəmxanlı Milli Məclisdə “Müstəqillik günü haqqında” qanun layihəsi haqqında danışıb.



Modern.az xəbər verir ki, deputat qanun layihəsinə qarşı çıxmağı, ona kölgə salmağı düzgün hesab etmədiyini bildirib. S.Rüstəmxanlı müstəqilliyin bərpası uğrunda çalışan insanların, müstəqilliyə səs verən deputatların haqqının verilməsini zəruri hesab edərək, onların minimum ehtiyaclarının ödənməli olduğunu deyib:



"O adamların bəziləri 200-300 manatlıq aylıq təqaüdlə dolanırlar. Həmçinin, hesab edirəm ki, 18 Oktyabr iş günü olmamalıdır. 1918-ci ildə zəhmət çəkənlərin də xatirəsi qorunmalıdır. Rəsulzadənin ikiotaqlı mənzili var idi, sonra oğlu gəldi, biz ermənilərin sahibləndiyi həmin mənzili alıb ona verə bilmədik. Bu, nə iradədir? Nuru Paşanın abidəsinin qoyulması niyə problem olmalıdır? Nargin adası niyə təmizlənmir, orda bir abidə qoyulmur? Vaxtilə ora Çar Rusiyasının əyləncə yeri olub. Vaxtilə Azərbaycanda bu işlərin qarşısını alan adamlar var idi, indi isə yoxdur. Heç olmasa indi bu məsələlərə diqqəti artıraq".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv