Modern.az

Muğam tədqiqatçısı Mədəniyyət nazirinə müraciət etdi

Muğam tədqiqatçısı Mədəniyyət nazirinə müraciət etdi

Mədəni̇yyət

11 Oktyabr 2021, 16:17

Muğam korifeylərinin irsinin tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı Mədəniyyət naziri Anar Kərimova müraciət edib.

Modern.az-ın məlumatına görə, tədqiqatçının müraciətində Azərbaycan muğam tarixində xüsusi yeri olan aşağıdakı üç şəxsin məzarının restavrasiya olunması xahiş edilib:

Seyid Şuşinskinin Fəxri xiyabandakı məzarı;
Şirvan muğam məktəbinin yaradıcısı Mahmud ağanın Şamaxıdakı məzarı;
Mirzə Adıgözəl bəyin Goranboy rayonunun Rəhimli kəndində yerləşən məzarı;


G.Kazımlı bildirib ki, uçub-tökülən bu məzarların təmirinə çox böyük ehtiyac var.

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır